Post

Elektrik xətti üzərindən rabitə texnologiyası ( PLC - Power Line Communication)

Bugun sizin ilə elektrik güc xətti üzərindən məlumat göndərmə üsulu ilə tanış olacayıq. Xarici resurslarda bu texnologinaya qısaca PLC kimi qeyd edilir, açılışı isə Power Line Communication-dur, Azərbaycan dilinə elektrik güc xəttləri vasitəsi ilə rabitə texnologiyası kimi tərcümə edilir. Bu texnologiya vasitəsi ilə biz məlumatı uzaq məsafəyə mövcud güc naqilləri üzərindən göndərə bilirik. Məsələn, bu texnologiya vasitəsi ilə ağıllı ev avtomatlaşdırma sistemlərinin çalışması üçün istifadə olunan elektronika komponentləri həm güc şəbəkəsinə birləşdirmək həm də həmin naqillər vasitəsi ilə məlumat göndərmək mümkündür.

 Elektrik xətt üzərindən məlumat göndərmə sistemləri iki qrupa bölünür:

  1. Narrowband PLC – aşağı tezliklərdə çalışır, və daha uzun məsafələrə məlumat ötürə bilir (bir neçə kilometr) hansıki repeaterlər vasitəsi ilə daha da böyük məsafəni əhatə edə bilər.
  2. Broadband PLC – daha yüksək tezliklərdə çalışır, və daha qısa məsafəni əhatə edə bilir.

Elektrik xətt üzərindən məlumat göndərmə sistemləri qoşulma üsuluna uyğun iki qrupa bölünür:

  1. AC(dəyişən cərəyan) ilə PLC – Bir çox şirkətin əsas araşdirma mövzusu.
  2. DC(sabit cərəyan) ilə PLC – isə paylanmış enerji istehsalı sistemlərdə və nəqliyyat sistemlərində istifadə olunur.

Elektrik xətti üzərindən rabitə texnologiyası digər rabitə texnologiyarında kimi göndərici və qəbul edici hissələri istifadə olunur. Göndərici ilkin məlumatı modulyasiya edib, şəbəkə xəttinə yönləndirir, və qəbul edici modul signalı demodulyasiya edib ilkin məlumatı oxuyur. Ən əsas üstünlüyü isə məlumat göndərmə prosesi üçün əlavə naqil birləşməsi istifadə etmir.

 

PLC texnoliyasının istifadə sahələri:

  1. Elektrik xətti üzərirində domofone sistemləri.

  1. İnternet xəttləri

  1. Elektrik xəttləri üzərindən telemetriya məlumatların ötürülməsi:

  1. Ev avtomatlaşdırma sistemləri:

Nümunə: PLC texnologiyası vasitəsi ilə Lampa idarəetmə sistemi.

 

Bu nümunə də biz iki elektrik dövrəsi hazırlamalıyıq biri qəbul edici hissə üçün digəri göndərici hissəsi üçün. Dövrə sadə elektrik komponentlərindən hazırlanır.

 

Göndərici hissəsinin sxematik diagramı

 

Yuxarıda ki dövrə 3 əsas hissəyə bölünür. 1-ci hissə güc dövrəsi 220V AC gərginliyi 6.8V DC gərginliyinə çevirir

 

2-ci hissə isə tezlik generatoru dövrəsidir, təxmini 376kHz tezliyində kvatrat dalğalı signal yaradır.

3-cü hissə isə LC dövrəsidir əldə olunan tezliyi yüksək tezliyə çevirir və 220V AC ilə ümümi elektrik xəttinə göndərir.

 

İnduktor L və Kandensatorun C dəyərləri rezonans düstüruna əsasən hesablanır.

Aşağıda göstərilən şəkil qəbul edicinin sxematik dövrəsidir və əsas məqsədi göndərilən signalı demodulasiya edib, əsas məlumatı oxumaqdır.

 

Beləliklə göstərilən iki sxemin plata dizaynı və komponentlərin lehimlənməsi yekunlaşdıqdan sonra tam hazır PLC cıhazı kimi istifadə etmək mümkündür.

Bura qədər oxuduğunuz üçün təşəkkür edirəm.