Post

Sensorlu BLDC

Sensorlu firçasız sabit cərəyan mühərrikəri (Sensored BLDC)

   Fırçalı mühərriklərə nisbətən Sensorlu firçasız sabit cərəyan mühərriklər (SFSCM və ya BLDC in.) 20-30% daha çox faydalılığa malikdir. Beynəlxalq Enerji agentliyinə görə istehsal olunan enerjinin 40%-i mühərrikləri qidalandırmaq çüün istifadə olunur. Bunu nəzərə alaraq BLDC-lərin bu faydalılığı nəzərə alacaq qədər önəmli olur.  Bundan əlavə BLDC- lər fiziki olaraq daha davamlı olur.

Sensorlu firçasız sabit cərəyan mühərrikləri (BLDC) fırçasız sabit cərəyan mühərriklərinin bir digər növüdür. Bu mühərrikləri digərlərindən fərqli edən, bu mühərriklərdə rotorun cari vəziyyətini təyin etmək üçün hall sensorlarından istifadə olunub. Bu sensorlar ilkin işə düşmə anında hansı fazalara gərginlik vermək, həm də normal iş zamanı mühərriyin işini optimallaşdırmaya qulluq edir. Normal halda 9 sarğıdan , 3 hall sensorlu mühərrikərə rast gəlmək olar. Bu hall sensorlar yalnız 1 və 0 verməklə bizə rotoun vəziyyəti haqqında məlumat verə bilir.

    Konstruksiyası

    BLDC-lər fərqli konstruksiyada ola bilir. Bunlara misal olaraq tək fazali, iki fazalı və üç fazalı ola bilir. Bundan əlavə sabit maqnitli üçfazalı sabit maqnitli mühərrikdə geniş yayılmışdır . Stator ferromaqnit nüvə ətrafına sarınmış mis dolaqlardan ibarət olur.  Stator içində olan bir-birindən 60 ° və ya 120 °  aralıqlarla yerləşmiş hall sensorlar istifadə olunur.  Hər hansı bir rotorun ani hərəkətində bu sensorlar uyğun olaraq 1 və ya 0 (5v , 0v)siqnalları verir. Həmin bu sensorlar a, b, c olaraq işarələnib kontrollerə qeyd olunur. Hər keçid addımında əvvəlcədən qeydolunmuş şablon cədvələ görə 3 fazlı mosfet dövrəsi siqnallara uyğun olaraq stator dolaqlarına enerji verir.  Rotor isə sabit maqnitdən təşkil olunub.

        

    İdarə olunması

 

Yuxarıdakı şəkildə ümumi şablona görə idarə olunma göstərilib. Bundan əlavə bu link-dən idarə olunma üçün lazım olan dövrə və örnək kodları tapa bilərsiz.Uyğun dolağa enerji verməklə alınan maqnit sahəsi sabit maqnitlərdən təşkil olunmuş rotoru hərəkət gətiri. Hall sensorlar cari verdiyi siqnalları dəyişir və bu proses sonsuz olaraq davam edir.

Müsbət və mənfi cəhətləri.

 Sensorlardan təşkil olunduğuna görə xüsisu qulluq tələb edən mühərriklərdir. Xarici mühitin təsirlərdən (nəm, toz, havanın temperaturu və s.) asılı ola bilir.

İdarə olunmasının çətinliyi, yalnız xüsusi metodlarla idarə oluna bilinməsi bu mühərriklərin mənfi xüsusiyyətlərindəndir. Daha yüksək moment əldə etmək üçün uyöun zamanda uyöun dolaqlara gərginik vermək üçün lazım olan dövrələrin kompleks olması mənfi cəhətidir. 

Daha çox faydalı iş əmsalı, daha yüngül və səssiz işləmə qabiliyyəti, fırlanma momentinin yüksək olması üstün cəhətlərindəndir.

Bonus

Sual ola bilər ki, BLDC adi sensorsuz fırçasız mühərriklərdəki kimi ESC (Electrical speed controller - Elektrikli sürət idarəedicisi) ilə idarə etmək olar? Qısa cavab HƏ. Ancaq uzun müddətli istifadə üçün yararlı olmaya bilər. Bundan əlavə BLDC-lərdə olan hall  sensorlar həmin bu ESC-lərin tərəfindən istifadə olunmadığına görə, bu sensorların verdiyi üstünlükləri istifadə etmək olmayacaq. Hall sensorlar istifadə olunaraq sabit sürətin alınması bu ESC-lər də mümkün olmayacaq. Əslində mühərriyin dolaqlarında yaranmış əks e.h.q-ni ölçərək bu problemi hətda yük altında sabit sürət almaq olar. Lakin bu o qədər də asan olmaya bilər. 

Sensorlu və ya Sensorsuz mühərrikərin arasında seçim bir neçə faktordan asılı ola bilər. Asand quraşdırma, az isitfadə olunan bir mühitdə istifadə olunacaqsa sensorlu, uzun müddət işləyəcəksə sensorsuz istifadə etmək daha məqsədə uyğun olacaq. Hansı mühərriyi seçməyinizdən asılı olmayaraq, həmin mühərriyə uyğun mikrokontroller seçmək vacib faktordu

 

Mənbələr

https://www.zikodrive.com/ufaqs/sensored-bldc-motor-brushless-motor-controller-brushless-esc-can-i-use/

https://www.electricaltechnology.org/2016/05/bldc-brushless-dc-motor-construction-working-principle.html

https://www.digikey.be/nl/articles/how-to-power-and-control-brushless-dc-motors

Mətndə olan hər hansı səhv informasiya və ya uyğunsuzluğu [email protected] adresinə bildirə bilərsiz