Post

Öz Arduino kitabxanam? Necə yəni? 2ci hissə

Bütün bunları açıq qaynaqlı (open-source) olaraq Github/Gitlab/BitBucket platformalarında paylaşdıqdan sonra, öz "repo"-nuzda tag yaradıb, push etməyiniz lazımdır. Bu tag sizin "savepoint"-iniz kimidir, git-inizin hər hansı bir zamandakı halını "xüsusiləşdirir". Bu həmçinin, Arduinonun git-inizin hansı halını paylaşmağını da göstərir (üzərində davamlı olaraq işləyirsiniz axı). Siz tag yaratdıqdan sonra, edəcəyiniz bir şey qalır: Arduinonun Github səhifəsində, "issue" açaraq, repo-nuzun linkini vermək. Bütün şərtləri düzgün ödəyirsinizsə, bir neçə saat içində Arduino komandası sizin kitabxananı qloballaşdırır və siz öz kitabxananızı birbaşa Arduino IDE-nin "Library Manager"-indən tapıb yükləyə bilərsiniz.

İlk dəfə kitabxananı paylaşandan sonra, yeni versiya işləyib paylaşmaq istəyirsinizsə, prosesləri təkrarlamalı olacaqsınız:

1. "library.properties" faylında versiyanı yeniləmək

2. Yeni tag yaradıb push etmək

3. Arduinonun rəsmi Github səhifəsində yeni "issue" açmaq və yenə link ilə təmin etmək.

 

Beləliklə bu qədər! Proseslər uzun olsa da, məncə çətin deyil və əminəm ki sizə də çətin olmayacaq. Bura qədər oxudunuzsa, təşəkkür edirəm və sizə gələcək embedded və elektronika aləmində uğurlar diləyirəm.