Post

LoRaWAN RAK831/RAK2245 gateway-ı TTN -də necə qeydiyyatdan keçirmək olar?

Dəyərli oxuyucular! Bu məqalə  LoRaWAN RAK831/RAK2245 gateway-ı TTN-də necə qeydiyyatdan keçirmək mümkün olduğu haqqındadır və bu LoRaWAN RAK831/RAK2245 gateway-a proqram təminatını necə quraşdıra bilərik ?  -nin ardıdı.

Raspberry Pi-da quraşdırma işlərimizi bitirdikdən sonra Biz  gateway-ı TTN-də qeydiyyata salmalıyıq bunun üçün bizə Gateway EUİ lazım olacaq. Onu əldə etmək üçün aşağıdaki kommandları Raspberry Pi-ın terminalında icra edirik. Gateway EUİ açılan local_conf.json faylında qeyd olunacaq onu bir yerə qeyd alırıq sonra istifadə edəcəyik.

  • cd /opt/ttn-gateway/bin
  • nano local_conf.json
  1.  İlk öncə The things network-də şəxsi hesab yaratmaq lazımdır 

 

https://hackster.imgix.net/uploads/attachments/529222/image_2We3r3CgzV.png?auto=compress%2Cformat&w=1280&h=960&fit=max

 

  1. Daha sonra Console bölməsinə keçmək lazımdır:

https://hackster.imgix.net/uploads/attachments/529223/image_sWGu39pqxz.png?auto=compress%2Cformat&w=1280&h=960&fit=max

 

  1. Açılan bölmədə iki seçim ilə qarşilacaqsınız:
  1. Application –  lora node-ları qeydiyyata almaq, gələn məlumatı nəzarət etmək və bir serverə yönəltmək mümkündür
  2. Gateway - LoRaWAN gateway-ı qeydiyyatdan keçirmək üçün.

 

https://hackster.imgix.net/uploads/attachments/529224/image_YOwczaFxPk.png?auto=compress%2Cformat&w=1280&h=960&fit=max

  1. “Create gateway” bölməsini seçirik və yeni gateway əlavə etməyə başlayırıq.

 

https://hackster.imgix.net/uploads/attachments/529225/image_bawGOnCA1N.png?auto=compress%2Cformat&w=1280&h=960&fit=max

  1. Açılan pəncərədə gateway id(gateway EUİ) qeyd eləməliyik, hər gateway özünə məxsus bir id ilə gəlir və həmin İD ni local_conf faylında yerləşir.Orda package forwarderi seçməliyik.

LoRa vericilərində istifadə etdiyimiz tezlik aralığını qeyd eləməliyik.

Qeyd: Məsləhət görürəm 868Mhz və ya 915 Mhz tezliklərində istifadə oluna bilən LoRa vericilərini istifadə edəsiz. Çünki firmvare kodu üçün 435Mhz verici kitabxanası yoxdur.Amma  həvəslisinizsə özünüz yarada bilərsiz.

Sonra gateway-ın koordinatlarını xəritəyə əsasən qeyd edirik.

Iki cür Antenna yerləşməsi mümkündür

      a. Bina daxilində istifadə olunan antenna

      b.Bina xaricində istifadə olunan antenna

Biz gateway ı binannın xarıcində yerləşdirəcəyik deyə Outdoor u seçirik.Sonra create düyməsinə vururuq və hər şey düzdürsə “connected” kimi görsənəcək.

https://hackster.imgix.net/uploads/attachments/529226/image_tdW6baxCO5.png?auto=compress%2Cformat&w=1280&h=960&fit=max

 

 

https://hackster.imgix.net/uploads/attachments/529227/image_jyrC2hUCDn.png?auto=compress%2Cformat&w=740&h=555&fit=max

 

 

 

https://hackster.imgix.net/uploads/attachments/529228/image_IRPdD8n27X.png?auto=compress%2Cformat&w=740&h=555&fit=max

 

Gateway-ın işlədiyini yoxlamaq üçün üzərində  ki qırmızı RX LED I  yanırsa demək hər şey düzdür.

Düzdür ttn network çox rahatdır və istifadəsidə çox asandır,amma bir mənfi hüssüsiyyəti var the things network-un “access policy” hansı ki bizə bəzi limitləri verir:

  1. Gun ərzində göndərilən məlumat poketlərinin havada olan müddəti 30 saniyədən çox olmamalıdır.
  2. TTN-dən vericiyə bir gun ərzində maximum 10 dənə downlink göndərilə bilər.

Əgər istifadə məqsədimizə uyğun deyilsə o zaman LoRaServer-i işlətməliyik növbəti tutotial onun haqqında olacaq.