Post

GSM Logger nə üçündür? Necə istifadə edilir?

GSM GPRS 3G 4G IoT M2M Modem.

 

Bu məqalədə "GSM / GPRS / 3G / 4G IOT M2M Modem haqqında ümümi məlumat və onu cihazlara necə quraşdırmalı olduğumuzu" əhatə edəcək. GSM / GPRS / 3G / 4G IOT M2M Modem cihazlardan gələn məlumatı nəzərət etmək üçün istifadə olunur. GSM / GPRS / 3G / 4G IOT M2M Modem dəstinə aşağıda qeyd olunmuş naqil və konnektorlar daxildir:

  1. 12-voltluq adapter
  2. USB naqil
  3. 10 çıxışlı konnektor
  4. Antenna
  5. GSM/GPRS/3G/4G IOT M2M Modem

 

Modem nömrə ilə aktiv edilir və cihazlardan gələn datanı nəzərət edilməsi  3 üsul ilə  edilir:

  1. Cihazı Modem-ə TTL portları vasitəsi ilə birləşdiririk, daha sonra GSM modemi USB naqil vasitəsi ilə dizüstü kompyuter ilə əlaqələndiririk, dizüstü kompyuterin daxilində əvvəlcəcdən PC configurator program təminatı quraşdirilmış olmalıdır, daha sonra PC konfiguratorun  serial/debug bölməsində dataya  nəzərət edirik
  2. GSM modemi istənilən şəxsin mobil nömrəsi ilə əlaqələndiririk, cihazdan gələn data SMS formasında qeyd etdiyimiz şəxsin nömrəsinə göndərilir
  3. GSM modemi  TCP/UDP server ilə əlaqələndiririk və cihazdlardan gələn datanı  serverdə nəzərət edirik

GSM logger RS485, RS232 və TTL vasitəsi ilə istifadə olunan cihazlarda datanı nəzərət etmək üçün istifadə edilir.GSM modemin hardware quraşdırılması çox sadədir.

  1. ANT çıxışına antenna  qoşulur
  2. USB çıxışına usb naqil qoşulur, modemin ilk konfigurasiyası USB vasitəsi ilə edilir
  3. Plus/minus çıxışına 12-voltluq adapter qoşulur, adapter naqilinin plus çıxışı qırmızı lent ilə işarələnib
  4. TTL girişinə cihazın  RX, TX və GND pinləri qoşulur
  5. Modemin arxa hissəsində nömrə slotu və ON/OFF açarı yerləşdirilib, modemi işləməsi üçün ilk olaraq açarı ON etmək lazımdır

 

Sonra adapteri daimi gərginlik mənbəsinə qoşuruq.

 

PC Configuratorun konfiqurasiya prossesi.

  1. Proqram təminatını www.GPRS-M2M.com səhifəsindən yükləyirik və run edirik. Proqram təminatı aşağıda görsənilən kimidir.

  1. COM portu seçirik  və Open COM düyməsinə basırıq sonra isə `1234` default passwordu daxil edib modemə qoşuluruq. Nömrəni əlavə edib işləmə rejimini seçirik.

 QEYD: port COM1 ilə işləyir, COM10 sonra olanrarda qoşulma problemi var ona görə Com portun adını ayarlardan dəyişmək lazımdır

 

  1. Hər dəfə konfigurasiyanı dəyişəndə mütləq Save settings eləməliyik.
  2. Din inputu istifadə etmədiyim üçün DİSABLE dı
  3.  Daha sonra, bir  dəfə proqram təminatı vasitəsi ilə modemi reboot etməliyik.
  4. İlk konfiqurasiyadan sonra nömrə qeyd olunan yer: CCİD və İMEİ adressinə dəyişilir

 

 

GSM/GPRS/3G/4G IOT M2M Modem işləmə rejimləri:

  1. Bu Modem iki versiyanı dəstəkləyir həm D222, həmdə D223 kimi işləyə bilər. D223 daha çox funksianaldı və TCP/UDP servernən ələgəni təmin edir. D222 sadəcə AT və SMS rejimində işləyir. Daha ətraflı modemin datasheet-ində oxuya bilırsiz.

  1. AT Command
  2. SMS Transparent transfer
  3. Data Transparent Transfer
  4. Modbus RTU to Modbus TCP Converter

 

“Number Settings” bölməsində nömrə əlavə etmək mümkündür, həmin nömrəyə SMS vasitəsi ilə cihazdan gələn data göndərilir.

 

 

 

Data yuxarida kimi qəbul edilir, kodlanmış olur. “Hello” sözünü Hexadecimal formatıdır. Son iki simvol CRLF-a(carriage return və Line Feed) uyğun gəlir. 

 

“GRPC Settings”-dən GRPC communication-u ENABLE edərək TCP/UDP serverlə əlaqələndirmək mümkündür. GRPC protocolu seçirik TCP/UDP ola bilər. Bunu görə Serverin İP adresini və port nömrəsini qeyd etməliyik.

 

Təəssüf ki, bu yoxlayıb test edilməyib.                                                   

AT Command göndərilməsi :

 “Basic settings” dən “AT Command” rejiminə keçirik və “save setting” etdikdən sonra “Debug” bölməsinə keçirik. AT command debug pəncərəsində AT commandları yazıb Send düyməsi vasitəsi ilə modəmə göndərilir. Modemdən gələn OK sağ pəncərədə görsənir.

 

 

USB Serial Debug:

RS232/485 bölməsində Baud rate, data bit,parity və stop biti seçmək mümkündür.

“Debug “ bölməsində Debug ON edirik və Datalara nəzarət edə bilirik